
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhəri, Səbail rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış
binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə nazirliyin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə
Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
“Yanğınsöndürənlərin və yaşayış binasının texniki heyətinin
operativ müdaxiləsi sayəsində çoxmərtəbəli yaşayış binasının 10-cu
mərtəbəsində yerləşən vətəndaşa məxsus mənzildə baş vermiş yanğın
genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Xəsarət alan olmayıb”, – deyə məlumatda bildirilib.

