Daha bir ölkə İspaniyanın Şengen zonasından çıxmasını istəyir

Baş səhifə

Bakı.Trend:

İspaniya Şengen zonasının xarici sərhədinin qanunsuz keçidlərdən
mühafizəsi sahəsində görülən tədbirləri tamamilə iflasa
uğradıb.

Bunu Finlandiyanın Daxili İşlər Naziri Mari Rantanen “X” sosial
şəbəkəsində yazıb.




“Belə davam edə bilməz. Bütün Avropa ölkələri Meloninin
(İtaliyanın Baş naziri Corcia Meloni – red) təklifini
dəstəkləməlidir. Xarici sərhədlərin mühafizəsi ilə bağlı
öhdəliklərini yerinə yetirməyən ölkələr Şengen zonasının üzvü ola
bilməz”, – deyə o əlavə edib.

Qeyd edək ki, bir gün əvvəl Mərakeşdən minlərlə miqrant qanunsuz
şəkildə İspaniyanın Şimali Afrikadakı eksklavı olan muxtar Seuta
şəhərinə daxil olub. Seuta Avropa İttifaqının Afrika ilə quru
sərhədinə malik iki xarici sərhəd məntəqəsindən biridir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir