
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Qarabağ suvarma kanalının Ağcabədi rayonunun Qaradolaq kəndi
ərazisindən keçən hissəsində vətəndaşın kanala yıxılaraq köməksiz
vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və
Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə
yerinə cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub
ki, vətəndaş ehtiyatsızlıqdan kanala yıxılaraq köməksiz vəziyyətdə
qalıb.
Vətəndaş dalğıc-xilasedicilər tərəfindən xilas edilərək
təhlükəsiz əraziyə çıxarılıb.

