Sahibə Qafarova Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrika
Respublikasına səfəri çərçivəsində Pan-Afrika Parlamentinin
prezidenti Fatih Boutbiq ilə görüşüb.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsi məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycan ilə Afrika ölkələri arasında
dostluq münasibətləri, parlamentlərarası əməkdaşlığın inkişaf
perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında
geniş fikir mübadiləsi aparılıb.

Pan-Afrika Parlamentinin prezidenti Fatih Boutbiq Milli Məclisin
sədri Sahibə Qafarovanın Milli və Regional Parlament Sədrlərinin
Konfransının açılış mərasimindəki çıxışını yüksək qiymətləndirərək,
çıxışda həmrəylik, dostluq və parlamentlərarası əməkdaşlığa dair
səsləndirilən fikirlərin böyük əhəmiyyət daşıdığını bildirib. O,
Pan-Afrika İttifaqı-2063 Gündəliyinin həyata keçirilməsində
parlamentlərin mühüm rol oynadığını vurğulayıb.

Pan-Afrika Parlamentinin prezidenti Azərbaycanın Afrika ölkələri
üçün etibarlı tərəfdaş olduğunu bildirərək, tərəfləri ortaq
dəyərlərin və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin
birləşdirdiyini söyləyib. O, parlament diplomatiyasının xalqlar
arasında əlaqələrin möhkəmləndirilməsində və qarşılıqlı maraqların
təşviqində mühüm rol oynadığını qeyd edib.

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın Afrika
ölkələri ilə münasibətlərin inkişafına xüsusi önəm verdiyini
bildirib.

Spiker parlamentlərarası əlaqələrin genişləndirilməsinin, siyasi
dialoqun möhkəmləndirilməsinin, qarşılıqlı etimadın artırılmasının
və əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafının əhəmiyyətini
xüsusi vurğulayıb.

O qeyd edib ki, regional və beynəlxalq səviyyədə birgə
fəaliyyətin davam etdirilməsi vacibdir. Sahibə Qafarova
parlamentlərarası əlaqələrin daha da genişləndirilməsinin
qarşılıqlı maraqlara xidmət edəcəyini və Qoşulmama Hərəkatı
Parlament Şəbəkəsi ilə institusional əməkdaşlığın genişləndirilməsi
üçün yaxşı imkanların olduğunu diqqətə çatdırıb.

Spiker Sahibə Qafarova Pan-Afrika Parlamentinin rəhbərliyini
Azərbaycana səfərə dəvət edərək, bu səfərin qarşılıqlı əlaqələrin
inkişafına və praktiki əməkdaşlığın genişlənməsinə mühüm töhfə
verəcəyinə əminliyini ifadə edib.

Görüşdə Milli Məclis və Pan-Afrika Parlamenti, eləcə də
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Pan-Afrika Parlamenti
arasında əməkdaşlığın inkişaf perspektivləri, beynəlxalq parlament
təşkilatları çərçivəsində qarşılıqlı fəaliyyət və ortaq maraq
doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir