Hörmüz boğazında neft tankeri vuruldu

Baş səhifə

Hörmüz boğazında Oman sahilləri yaxınlığında neft tankeri vurulub.

Modern.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.

Bildirilib ki, zərbə tankerin mühərrik bölməsinə dəyib və nəticədə gəmi idarəetməni itirib. Hadisə Omanın Lima limanından təxminən 20 kilometr şimal-şərqdə qeydə alınıb.

Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Bölgədəki sahil mühafizə qüvvələri məlumatlandırılıb, insidentlə bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir