Bilgəhdə bir nəfər batıb: Axtarışlar həyata keçirilir

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Bakı
şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, “Daçnik” adlanan və ən
yaxın sularda xilasetmə məntəqəsindən 2km aralı dənizdə nəzarətsiz
ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə FHN-nin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli
Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin
dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.




Hazırda vətəndaş – 2001-ci il təvəllüdlü Nizami Kərimovun
batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata
keçirilir.

Əlavə məlumat veriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir