Qara dənizdə hücum nəticəsində gəmi batıb 

Baş səhifə

Qara dənizdə dəniz dronlarının hücumu nəticəsində “Yanina” adlı ticarət gəmisi batıb.

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın Dövlət Atom Enerjisi Korporasiyasının (Rosatom) rəhbəri Aleksey Lixaçov məlumat verib.

Onun sözlərinə görə, hadisə zamanı gəmidə olan 17 ekipaj üzvünün hamısı xilas edilib.

Lixaçov bildirib ki, xilas olunanların vəziyyəti qənaətbəxşdir və onların həyatına təhlükə yoxdur.

Hücumun kim tərəfindən həyata keçirildiyi barədə rəsmi məlumat açıqlanmayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir