Bakıda Metadon Mərkəzinin tikintisi ilə bağlı tender elan edilib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tikilməkdə Olan
Müəssisələrinin Müdiriyyəti Bakı şəhəri, Nizami rayonu, Məmməd
Şərifli küçəsi 163 ünvanında Elmi-tədqiqat Ağciyər xəstəlikləri
İnstitunun ərazisində Metadon mərkəzinin tikintisi işlərinin satın
alınması ilə bağlı tender elan edib.

Prosedurda iştirak haqqı 450 manatdır.

Tenderdə iştirak etmək istəyənlər öz təkliflərini 3 avqust
2026-cı il saat 18:00-dan gec olmayaraq (GMT+4) təqdim
etməlidirlər. Tender paketlərinin açılışı 3 avqust 2026-cı il saat
18:00-da (GMT+4) baş tutacaq.

Əlavə məlumat üçün telefon: (+994) 12 493 03 18




Əlaqədar şəxs: Elgün Süleymanov

Email: [email protected]

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqasımov küçəsi 1A

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir