
Bakı. Trend:
İtaliyanın Vareze şəhərində keçirilən akademik avarçəkmə üzrə
Avropa çempionatında yüngülçəkili idmançıların mübarizəsinə yekun
vurulub.
Qitənin ən güclülərinin müəyyənləşdiyi yarışda Azərbaycan Su
İdman Növləri Federasiyasını iki idmançı təmsil edib. Ziya
Məmmədzadə və Nurlan Paşayevdən ibarət cütlük ikinəfərlik qayıqda
final yürüşündə finiş xəttini ikinci keçərək gümüş medal
qazanıb.
Xatırladaq ki, Ziya Məmmədzadə və Nurlan Paşayev iyunun 12–dən
14-dək Bolqarıstanın Plovdiv şəhərində keçirilmiş akademik
avarçəkmə üzrə Dünya Kubokunda da bürünc medal qazanıblar.

