Masallıda maşın aşdı – Xəsarət alan var

Baş səhifə

Masallı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə yeni Ələt-Astara magistralının rayon ərazisində qeydə alınıb.

Belə ki, “Chevrolet Cruze” markalı maşın idarəetmədən çıxaraq yol kənarına aşıb.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü rayon xəstəxanasına hospitalizasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir