ABŞ vətəndaşlarını Seutaya səfər etməməyə çağırıb

Baş səhifə

Bakı. Trend:

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət Departamenti
vətəndaşlara miqrant böhranı səbəbindən Afrikanın şimal sahilində
yerləşən İspaniyanın Seuta ərazisinə səfər planlarının ləğv
olunmasını tövsiyə edib.

Dövlət Departamenti bununla bağlı bildiriş yayıb.




“Mərakeşdən Seutaya çoxlu miqrantın gəlməsi gözlənilməz və
təhlükəli vəziyyətlərə səbəb ola bilər. İğtişaşlarla bağlı risklərə
görə səyahət planlarını yenidən nəzərdən keçirin”, – deyə
bildirişdə vurğulanıb.

Həmçinin diqqətə çatdırılıb ki, İspaniya hadisə ilə əlaqədar
əraziyə hərbi qüvvə yerləşdirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir