
Bakı. Trend:
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün dövlət qulluğunda inzibati
vəzifələrin B növünə aid BB vəzifə qrupu üzrə qəbul imtahanı
keçirəcək.
DİM-dən bildirilib ki, imtahanda iştirak etmək üçün 1125 namizəd
qeydiyyatdan keçib.
Namizədlər imtahana şəxsiyyətini təsdiq edən sənədin əsli və
“İmtahana buraxılış vərəqəsi” ilə gəlməlidirlər.
İmtahan iki növbədə təşkil olunacaq. Birinci növbə saat
10:00-da, ikinci növbə isə saat 16:00-da başlayacaq. Müvafiq
olaraq, saat 09:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahana
buraxılmayacaqlar.
İmtahanın təşkili üçün 12 zal administratoru, 73 nəzarətçi və 11
buraxılış rejimi əməkdaşı cəlb edilib.

