
Bakı. Trend:
Avropa futbol qurumu FİFA-nın özəl investorlara açılması
layihəsinə qarşı çıxan əsas tərəflərdən biri kimi, dünya futbolunun
rəhbəri Canni İnfantinonun geri addımına baxmayaraq, vəzifəsini
tərk etməsinə çalışır.
Bu barədə Le Monde nəşri məlumat yayıb.
“O, mümkün qədər tez getməlidir. Artıq seçim budur: ya o, ya da
futbol!” – Avropa futbol rəhbərlərindən biri Le Monde qəzetinə
bildirib. Onun sözlərinə görə, UEFA Canni İnfantinoya təzyiqi
azaltmır və onun istefasına nail olmağa çalışır.
Futbol üzrə Beynəlxalq Federasiyalar Assosiasiyasının prezidenti
Canni İnfantino təşkilatın özəl investorlara açılması planına qarşı
geniş etirazlardan sonra bu təşəbbüsdən imtina etdiyini açıqlasa
da, UEFA italiya-İsveçrə əsilli funksioneri tənqid etməyə davam
edir.
Avqustun 1-də yaydığı bəyanatda UEFA İnfantinonun geri addım
atmasını müsbət qiymətləndirib və “FIFA prezidentinə futbolun
satılmadığını göstərən” hər kəsə təşəkkür edib.
Lakin Sloveniyalı Aleksander Çeferinin rəhbərlik etdiyi qurum
bununla kifayətlənməyib. UEFA bildirib ki, Canni İnfantino həm
qurumun, həm də “futbol ailəsinin bir çox digər üzvünün” etimadını
itirib və buna görə də vəzifəsini tərk etməlidir.
“Biz gizli şəkildə hazırlanmış, tələsik işlənmiş, anonim şəxslər
tərəfindən irəli sürülən və futbol üçün faydası olduqca şübhəli
olan layihələrlə bu cür davam edə bilmərik. Məsul şəxslər müəyyən
edilməli və onlar cavab verməlidirlər”, – bəyanatda qeyd
olunub.

