Paşinyan hökumətin istefasını AÇIQLADI

Baş səhifə

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə Konstitusiyasına uyğun olaraq hökumətin istefa verdiyini açıqlayıb.

Modern.az xəbər verir ki, Paşinyan bunun Ermənistan Konstitusiyasının 158-ci maddəsinin tələbindən irəli gəldiyini bildirib.

“Hökumət yeni seçilmiş Milli Assambleyanın fəaliyyətə başladığı ilk gün istefa verir”, – deyə baş nazir qeyd edib. 

Qeyd edək ki, Ermənistan Milli Assambleyasının IX çağırışı bu gün ilk iclasına başlayıb. Konstitusiyaya əsasən, hökumət istefa versə də, yeni kabinet formalaşana qədər nazirlər öz səlahiyyətlərini icra etməyə davam edəcəklər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir