Hacıqabulda qəzada sürücünün həyat yoldaşı ölüb

Baş səhifə

Hacıqabulda baş verən qəzada bir nəfər ölüb

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistralının 108-ci kilometrliyində Hacıqabul rayonunun Pirsaat kəndi ərazsində qeydə alınıb.

“Kamaz” markalı yük maşını ilə BYD markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü yüngül xəsarət alsa da, avtomobildə olan sərnişin – sürücünün həyat yoldaşı həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir