
Bakı. Trend:
Azərbaycan millisinin futbolçusu Mahir Emreli çıxış etdiyi
Polşanın “Rakuv” klubunda 2-ci qolunu vurub.
29 yaşlı hücumçu Ekstraklasanın II turunun “Şlyonsk”la səfər
oyununda fərqlənib.
Forvard matçın 60-cı dəqiqəsində hesabı açıb. Qapıçı ilə üzbəüz
qalan futbolçu onu da geridə qoyaraq topu boş qapıdan keçirib.
Qeyd edək ki, Mahir Emreli “Rakuv”un heyətində ilk qolunu UEFA
Konfrans Liqasının II təsnifat mərhələsində Maltanın “Valetta”
klubu ilə matçda vurub. Azərbaycanlı futbolçu Polşa klubuna bu yay
Almaniyanın “Kayzerslautern” klubundan icarə əsasında keçib.

