Pezeşkian İranın xarici siyasətinin əsas dayağını açıqladı

Baş səhifə

“İmzalanmış memorandum ölkənin gələcək xarici siyasətinin əsas istiqamətlərindən birini təşkil edəcək”.

Modern.az xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian bildirib.

Onun sözlərinə görə, sənəd Şura üzvlərinin kollektiv müdrikliyinin nəticəsidir və hər kəs tərəfindən dəstəklənir.

Pezeşkian qeyd edib ki, memorandum gələcəkdə İranın xarici əlaqələrinin əsas mərkəzinə çevriləcək. O vurğulayıb ki, Tehran qarşı tərəfin imzaladığı öhdəliklərə əməl etməsinə çalışmalıdır.

İran Prezidenti əlavə edib ki, memorandumun həyata keçirilməsi ölkənin, regionun və İranın müttəfiqlərinin təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir