ABŞ Prezidenti İranla yeni danışıqların tarixini açıqlayıb

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp ABŞ və İran arasında danışıqların
bazar ertəsi günü başlayacağını bildirib.

Tramp bu barədə təyyarədə jurnalistlərə açıqlamasında deyib.

“Biz onlarla danışacağıq. Danışıqlar bazar ertəsi günortadan
sonra başlayacaq”, – deyə ABŞ Prezidenti bildirib.




Tramp qeyd edib ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb
Əmirlikləri (BƏƏ) və Qətər hakimiyyətlərinin, eləcə də İran
tərəfinin tələbi ilə danışıqlara razılıq verib.

ABŞ Prezidenti vurğulayıb ki, razılaşmanın əldə olunmasına
üstünlük verir. “Mən insanların öldürülməsini xoşlamıram”, – deyə
Tramp bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir