
Bakı. Trend:
Avqustun 3-də Ağdərə rayonunun Çardaqlı kəndi ərazisində iki
nəfər minaya düşüb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA)
məlumatına görə, humanitar minatəmizləmə əməliyyatlarına cəlb
edilən qeyri-hökumət təşkilatının əməkdaşı 1994-cü il təvəllüdlü
Surxaylı Əlzamin Vəzir oğlu xidməti vəzifəsini yerinə yetirərkən
piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində
Surxaylı Əlzamin sağ ayaq nahiyəsindən xəsarət alıb.
Hadisə zamanı digər əməkdaş 1998-ci il təvəllüdlü Mirzəyev
Füzuli Rizvan oğlu yüngül bədən xəsarətləri alıb.
Xəsarət alan əməkdaşlar rayon mərkəzi xəstəxanasına təxliyə
edilib. Vəziyyətləri qənaətbəxşdir.

