“MiQ-29” qırıcıları Bolqarıstanda ixtilaflara yol açıb

Baş səhifə

Bakı.Trend:

Bolqarıstanın müdafiə naziri Dimitar Stoyanovun Polşadan
“MiQ-29” qırıcıları və onlar üçün ehtiyat hissələri almaq planları
ölkə parlamentində ixtilafa yol açıb.

Bu barədə BTA məlumat yayıb.

“Demokratik Bolqarıstan” koalisiyasından olan deputat İvaylo
Mirçev bununla bağlı bəyanatla çıxış edib. Onun fikrincə,
Bolqarıstan ordusuna “MiQ-29” deyil, NATO standartlarına uyğun
müasir döyüş təyyarələri alınmalıdır.




“Bolqarıstanın Qərb istehsalı olan hərbi texnika ilə yenidən
silahlanmalı olduğu bir vaxtda məlum olur ki, biz Polşadan
“MiQ-29”ların satmalarını xahiş edirik”, – deyə o bildirib.

Siyasətçinin sözlərinə görə, ölkə “Sovet aviasiyasının
qəbiristanlığına” çevrilməməlidir. Mirçev xatırladıb ki, NATO-ya
üzv ölkələr artıq “MiQ-29” qırıcılarından imtina edirlər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir