Rubinyan Ermənistan parlamentinin spikeri seçildi

Baş səhifə

Bakı.Trend:

İyunun 7-də keçirilmiş parlament seçkilərinin nəticələrinə
əsasən formalaşdırılan Ermənistanın yeni seçilmiş Milli
Assambleyasının iclasında “Vətəndaş Müqaviləsi” partiyasından olan
36 yaşlı deputat Ruben Rubinyan parlamentin spikeri seçilib.

Ermənistan KİV-in məlumatına görə, Rubinyan həmin vəzifəyə
yeganə namizəd olub.

O, əvvəlki parlament çağırışında vitse-spikerlərdən biri olub,
həmçinin son vaxtlara qədər Ermənistan-Türkiyə münasibətlərinin
normallaşdırılması üzrə danışıqlarda Ermənistanın xüsusi
nümayəndəsi kimi fəaliyyət göstərib.




Parlament sədri seçilənədək iclasa Milli Assambleyanın ən yaşlı
deputatı Knyaz Qasanyan sədrlik edib.

Xatırladaq ki, Ermənistanın IX çağırış parlamentində üç siyasi
qüvvə təmsil olunur: hakim “Vətəndaş müqaviləsi” Partiyası – 64
deputat, “Güclü Ermənistan” bloku – 29 deputat və “Ermənistan”
bloku – 12 deputat.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir