
Bakı.Trend:
Avstraliya hökuməti ölkədə ilk dəfə H5 quş qripi virusu
səbəbindən vəhşi quşların kütləvi tələfatının qeydə alındığını
açıqlayıb.
Bu barədə “ABC” telekanalı məlumat yayıb.
Hazırkı məlumata görə, ölkənin müxtəlif ştatlarında quş qripinə
78 təsdiqlənmiş yoluxma halı qeydə alınıb. Bunlardan 58-i Cənubi
Avstraliyada, 10-u Qərbi Avstraliyada, 7-si Viktoriya ştatında,
2-si Yeni Cənubi Uelsdə, 1-i isə Kvinslenddə aşkarlanıb. Kənd
təsərrüfatı naziri Culi Kollinz bildirib ki, quşların kütləvi
tələfatı gözlənilən idi.
“Təəssüflər olsun ki, bizə artıq məlumdur ki, H5 virusu vəhşi
heyvanlar arasında və təbiətdə yayıldıqda, ciddi itkilərin
qarşısını almaq mümkün olmur. Hazırda da bunun ilk nəticələrini
müşahidə etməyə başlayırıq”, – deyə nazir əlavə edib.
Kollinz təsdiqləyib ki, ev quşları və ya kənd təsərrüfatı
təsərrüfatlarında yoluxma halları qeydə alınmayıb, insanlar üçün
sağlamlıq riski isə aşağı olaraq qalır.

