Fransada meşə yanğınları ilə əlaqədar 375 nəfər saxlanılıb

Baş səhifə

Bakı.Trend:

Fransa polisi meşə yanğınlarının baş verməsində şübhəli bilinən
375 nəfəri saxlayıb.

Bu barədə “Le Figaro” qəzeti ölkənin Daxili İşlər Nazirliyinə
istinadən məlumat yayıb.

Saxlanılanlardan 142-si yetkinlik yaşına çatmayanlardır.




Bundan əvvəl Fransanın Baş naziri Sebastyen Lekornü ölkədə meşə
yanğınları ilə bağlı vəziyyətin ümumilikdə nəzarət altında olduğunu
bildirib. Onun sözlərinə görə, xüsusilə Fransanın cənub-qərbində
yerləşən Jirond departamentində baş vermiş meşə yanğını
lokallaşdırılıb. Eyni zamanda, ölkənin cənubundakı Var
departamentində yanğınsöndürənlər hələ də alovu tam nəzarət altına
ala bilməyiblər.

Bu il Qərbi Avropada, xüsusilə İspaniya və Fransada baş verən
meşə yanğınları rekord miqyasda olub. Avropa Komissiyası daha əvvəl
bildirmişdi ki, yanğınların söndürülməsi üçün Avropa İttifaqının
Mülki Müdafiə Mexanizmi çərçivəsində 13 təyyarə, 4 helikopter və
Aİ-nin müxtəlif ölkələrindən yüzlərlə yanğınsöndürən səfərbər
edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir