İspaniyaya miqrant axını Aİ-də parçalanmaya səbəb olub – FT

Baş səhifə

Bakı.Trend:

İspaniyanın Seuta şəhərində miqrantlarla bağlı insident Avropa
İttifaqında (Aİ) parçalanmaya səbəb olub, belə ki, üzv ölkələr buna
“eqoistcəsinə reaksiya” göstərib.

Bu barədə “Financial Times” (FT) qəzeti yazıb.




Məlumata görə, Aİ üzvlərinin miqrant axınına reaksiyası tələsik
olub və bu ittifaqın sərhəd siyasətinə ictimai etimadı sarsıtmaq
riski yaradır.

“Təşviş dalğası Aİ-nin hazırda hansı siyasi mərhələdə olduğunu
açıq şəkildə nümayiş etdirir: Almaniya, Fransa, İspaniya, Polşa və
İtaliyada qarşıdan gələn seçki dövrünün yaxınlaşdığı bir vaxtda
hakimiyyətlər ifrat sağçı, antiimmiqrasiya mövqeyi tutan siyasi
qüvvələrin artan təzyiqi ilə üz-üzədir”, – deyə məqalədə
bildirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir