
Bakı. Trend:
Bakıda yük avtomobili yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat
yayıb.
Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar
telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yük
avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
“Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə
Xidmətinin yanğından mühafizə qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Ford”
markalı yük avtomobilində yanğın baş verdiyi məlum olub”, –
məlumatda bildirilib.
Qeyd edilib ki, yanğın yanğınsöndürənlər tərəfindən qısa
müddətdə söndürülüb.
Xəsarət alan olmayıb.

