İyulda temperatur iqlim normasından yüksək olub

Baş səhifə

Baı. Trend:

2026-cı ilin iyul ayında Bakı və Abşeron yarımadasında havanın
temperaturu iqlim norması ilə müqayisədə 27 gün normadan yuxarı
(0–6 dərəcə), 2 gün normadan aşağı, 2 gün isə norma daxilində olub.
Orta aylıq temperatur 28 dərəcə isti olub ki, bu da iqlim
normasından 1 dərəcə yuxarıdır.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə
Abbasova bildirib.

Onun sözlərinə görə, Bakı və Abşeron yarımadasında iyul ayında
maksimal temperatur iyulun 26-da 40 dərəcə isti (Sumqayıt),
bölgələrdə isə həmin gün 41 dərəcə isti (Ordubad) qeydə alınıb.
Havanın minimal temperaturu Bakı və Abşeron yarımadasında iyulun 3
və 9-da 20 dərəcə isti (Maştağa və Sumqayıt), yüksək dağlıq
ərazilərdə isə iyulun 2-də 4 dərəcə isti (Şahdağ) olub.




“İyul ayının bəzi günlərində hava şəraiti fasilələrlə yağıntılı
keçib, şimşək çaxıb, dolu düşüb. Bəzi yerlərdə yağıntılar intensiv
və güclü olub. Ən çox yağıntı bölgələr üzrə aylıq normanın 324
faizi olmaqla Balakən-Şəki zonasına (Balakən – 250 mm), aylıq
normanın 236 faizi olmaqla Mərkəzi Aran zonasına (Mingəçevir – 47
mm), aylıq normanın 144 faizi olmaqla Lənkəran-Astara zonasına
(Lənkəran – 20 mm) və aylıq normanın 125 faizi olmaqla Bakı və
Abşeron yarımadasına (Bakı – 3 mm) düşüb.”

G.Abbasova bildirib ki, iyul ayı ərzində Laçın rayonunun Şəlvə,
Qovuşuq və Vəlibəyli kəndlərində, Şuşa şəhərində və Kəlbəcər
rayonunun İstisu qəsəbəsində dolu müşahidə olunub. Ən iri dolu
Kəlbəcər rayonunun İstisu qəsəbəsində qeydə alınıb və diametri 8–12
mm təşkil edib.

“İyul ayının bəzi günlərində küləkli hava şəraiti ilə əlaqədar
10 sarı və narıncı xəbərdarlıq verilib. Bakı və Abşeron
yarımadasında 9 gün, bölgələrdə isə 21 gün küləkli hava şəraiti
müşahidə olunub. Küləyin maksimal sürəti iyulun 27-də Bakı və
Abşeron yarımadasında 28 m/s, bölgələrdə isə 23 m/s-ə çatıb.”

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir