
Bakı. Trend:
Valentin Morozov Unibank KB İdarə Heyətinin sədri təyin olunub.
V.Morozov uzun illər nüfuzlu banklarda rəhbər vəzifələrdə çalışıb.
Bank- maliyyə sektorunda uzunmüddətli təcrübəyə malikdir. O,
təhsilini New York University, University of Colorado və London
Business School kimi ali təhsil müəssisələrində alıb.
Qeyd edək ki, “Unibank” Kommersiya Bankı ASC səhmdarlarının
növbədənkənar Ümumi Yığıncağının qərarına əsasən, Bankın İdarə
Heyəti yenidən təsdiqlənib.
Səhmdarların qərarı ilə David Qabelaşvili İdarə Heyətinin yeni
üzvü kimi təsdiq edilib. O, İdarə Heyətinin üzvü olmaqla yanaşı,
Baş Maliyyə İnzibatçısı vəzifəsinə təyin olunub. Müxtəlif maliyyə
qurumlarında iş təcrübəsi olan, D. QabelaşviliTBC Uzbekistan-da
maliyyə direktoru vəzifəsində çalışıb. O, Tbilisi Dövlət
Universitetində və ProCredit Academy-də təhsil alıb.
Unibank İdarə Heyətinin digər üzvləri isə İdarə Heyəti sədrinin
müavini Heybət Qədirov,Baş Risk və Komplayens İnzibatçısı Andrii
Qrab,Pərakəndə Biznes və Marketinq üzrə Baş İnzibatçı İlkin
Quliyevdir.
Unibank KB səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının
qərarına əsasən, Vladimir Aleksandroviç Urbanskiy Müşahidə
Şurasının müstəqil üzvü təyin edilib. V. Urbanskiy bir sıra maliyyə
qurumlarında rəhbər vəzifələrdə çalışıb və bank-maliyyə sektorunda
uzunmüddətli təcrübəyə malikdir. O, Lomonosov adına Moskva Dövlət
Universitetinin məzunudur.

