Ələtdə dənizdə batan yeniyetmənin axtarışlarına başlanılıb

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Bakı
şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində ən yaxın sularda xilasetmə
məntəqəsindən 15 km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfərin
batması barədə məlumat daxil olub.

Bu barədə nazirliyin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və
Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri
axtarışlara cəlb olunub.




“Hazırda vətəndaş – 2011-ci il təvəllüdlü Əlihəsənov Həsən Asif
oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata
keçirilir.

Əlavə məlumat veriləcək”, – deyə məlumatda qeyd olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir