Ələtdə dənizdə iki nəfər boğulub: biri azyaşlıdır

Baş səhifə

Bakı. Trend:

Avqustun 3-də Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində dənizin
nəzarətsiz hissəsində iki nəfərin boğulması ilə nəticələnən faciə
baş verib.

Trend-in
məlumatına görə, 1990-cı il təvəllüdlü Aris Əfqan oğlu Əlihəsənov
və onun qardaşı oğlu, 2011-ci il təvəllüdlü Həsən Asif oğlu
Əlihəsənov dənizdə çimərkən suda boğulublar.




Aris Əlihəsənovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil
verilib. Həsən Əlihəsənovun meyitinin axtarışları isə Fövqəladə
Hallar Nazirliyinin əməkdaşları tərəfindən davam etdirilir.

Faktla bağlı Rayon Prokurorluğunda araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir