
Bakı. Trend:
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Lənkəran Yaşayış
Kompleksi, Şirvan Yaşayış Kompleksi və Yevlax Yaşayış Kompleksində
mənzillərin güzəştlə satışını elan edib.
Bu barədə MİDA-nın rəsmi saytında məlumat dərc edilib.
Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsi, 303 ünvanında
yerləşən Lənkəran Yaşayış Kompleksi üzrə 1 mənzilin, Şirvan şəhəri,
Naxçıvan küçəsi, 58A ünvanında yerləşən Şirvan Yaşayış Kompleksi
üzrə 528 mənzilin, Yevlax şəhəri, Rəşad Budaqov küçəsi, 1 ünvanında
yerləşən Yevlax Yaşayış Kompleksi üzrə 6 mənzilin, ümumilikdə 535
mənzilin satışı 4 sentyabr 2026-cı il tarixində saat 11:00-da
başlayacaq və 4 sentyabr 2026-cı il tarixi saat 16:00-dək davam
edəcəkdir.
“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin
sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi
Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin
seçimi 4 sentyabr 2026-cı il tarixində saat 12:00-da
başlayacaq və 4 sentyabr 2026-cı il tarixi saat 16:00-dək davam
edəcəkdir.
Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il
tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət
Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi Elektron
Hökumət İnformasiya Sisteminə inteqrasiya edilən “Güzəştli mənzil”
sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib
olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə
sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra
nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa
malikdir.
“Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı
məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az
internet saytının ana səhifəsində “Güzəştli mənzil sistemi” keçidi
vasitəsilə tanış olmaq mümkündür.
Satışa çıxarılan mənzillər barədə ümumi
məlumat:
Satışa Lənkəran Yaşayış Kompleksi üzrə 1, Şirvan Yaşayış
Kompleksi üzrə 528, Yevlax Yaşayış Kompleksi üzrə 6 mənzil olmaqla,
ümumilikdə 535 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli,
mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla),
su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif
olunur.
Bütün binalar Azərbaycan Respublikasının Dövlət Tikinti
Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla
bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin
Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin
Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin
Lənkəran Yaşayış Kompleksi üzrə – 25.11.2021-ci il tarixli 32210
nömrəli müsbət rəyi;
Şirvan Yaşayış Kompleksi üzrə – 03.07.2023-cü il tarixli 35409
nömrəli müsbət rəyi;
Yevlax Yaşayış Kompleksi üzrə – 09.12.2023-cü il tarixli 36452
nömrəli müsbət rəyi mövcuddur.
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi
Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi, 13 saylı Şirvan Ərazi
İdarəsi və 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən mənzillərə
mülkiyyət hüquqlarına dair “hüquqların dövlət qeydiyyatı haqqında
daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”lar verilmişdir.
Lənkəran Yaşayış Kompleksi üzrə satışa çıxarılmış mənzil
barədə ümumi məlumat:
|
Bina № |
Binanın yerləşdiyi tikinti sahəsi (m²) |
Binada mərtəbə sayı |
Binaya giriş sayı |
Mənzilin otaqlarının sayı |
Mənzilin sayı |
Mənzilin daxili perimetr üzrə sahəsi (m²) |
Mənzilin xarici perimetr üzrə sahəsi (m²) |
Baş podratçı / ünvanı |
Tikinti-quraşdırma və təmir işlərinin başaçatma |
|
2 |
810.2 |
9 |
2 |
4 |
1 |
114.6 |
135.6 |
“Araz İnşaatçı” MMC, AZ1072, Bakı şəhəri Nərimanov rayonu, |
01.11.2024 |
Şirvan Yaşayış Kompleksi üzrə satışa çıxarılmış
mənzillər barədə ümumi məlumat:
|
Bina № |
Binanın yerləşdiyi tikinti sahəsi (m²) |
Binada mərtəbə sayı |
Binaya giriş sayı |
Mənzillərin otaqlarının sayı |
Mənzillərin sayı |
Mənzillərin daxili perimetr üzrə sahəsi |
Mənzillərin xarici perimetr üzrə sahəsi |
Baş podratçı / ünvanı |
Tikinti-quraşdırma və təmir işlərinin başaçatma |
|
5 |
728.14 |
9 |
2 |
2 |
1 |
57.7 |
71.2 |
“Hünər-İnşaat” Firması, AZ1154, Bakı şəhəri, Nərimanov rayonu, |
31.03.2026 |
|
3 |
2 |
72.8 |
88.1 |
||||||
|
4 |
10 |
98.7 |
120.9 |
||||||
|
6 |
714.46 |
9 |
2 |
2 |
8 |
57.7 |
71.2 |
||
|
3 |
1 |
72.8 |
88.1 |
||||||
|
4 |
6 |
98.7 |
120.9 |
||||||
|
7 |
503.8 |
12 |
1 |
3 |
48 |
75.2 – 76.7 |
91.5 – 92.5 |
||
|
8 |
703.84 |
9 |
2 |
2 |
5 |
57.7 |
71.2 |
||
|
3 |
15 |
72.8 |
88.1 |
||||||
|
4 |
18 |
98.7 |
120.9 |
||||||
|
9 |
712.33 |
9 |
2 |
4 |
18 |
98.7 |
120.9 |
||
|
11 |
714.17 |
9 |
2 |
2 |
4 |
57.7 |
71.2 |
“Araz İnşaatçı” MMC, AZ1072, Bakı şəhəri, Nərimanov rayonu, |
30.12.2025 |
|
3 |
2 |
72.8 |
88.1 |
||||||
|
4 |
6 |
98.7 |
120.9 |
||||||
|
12 |
702.82 |
9 |
2 |
2 |
5 |
57.7 |
71.2 |
||
|
3 |
4 |
72.8 |
88.1 |
||||||
|
4 |
5 |
98.7 |
120.9 |
||||||
|
16 |
853.2 |
9 |
2 |
4 |
16 |
114.6 |
137.1 |
“Yar İnşaat Təmir-Tikinti” MMC (“DDLAR İnşaat” QSC konsorsium), |
30.06.2026 |
|
17 |
503.8 |
12 |
1 |
3 |
48 |
75.2 – 76.7 |
91.5 – 92.5 |
||
|
18 |
729.65 |
9 |
2 |
4 |
18 |
98.7 |
120.9 |
||
|
19 |
503.8 |
12 |
1 |
3 |
48 |
75.2 – 76.7 |
91.5 – 92.5 |
||
|
20 |
503.8 |
12 |
1 |
3 |
48 |
75.2 – 76.7 |
91.5 – 92.5 |
“HN Construction” QSC, AZ1117, Bakı şəhəri, Binəqədi rayonu, |
30.06.2026 |
|
21 |
711.61 |
9 |
2 |
3 |
18 |
72.8 |
88.1 |
||
|
4 |
18 |
98.7 |
120.9 |
||||||
|
22 |
702.82 |
9 |
2 |
3 |
18 |
72.8 |
88.1 |
||
|
4 |
18 |
98.7 |
120.9 |
||||||
|
23 |
503.8 |
12 |
1 |
3 |
48 |
75.2 – 76.7 |
91.5 – 92.5 |
||
|
24 |
717.19 |
9 |
2 |
3 |
18 |
72.8 |
88.1 |
||
|
4 |
18 |
98.7 |
120.9 |
||||||
|
25 |
706.24 |
9 |
2 |
3 |
18 |
72.8 |
88.1 |
||
|
4 |
18 |
98.7 |
120.9 |
Yevlax Yaşayış Kompleksi üzrə satışa çıxarılmış
mənzillər barədə ümumi məlumat:
|
Bina № |
Binanın yerləşdiyi tikinti sahəsi (m²) |
Binada mərtəbə sayı |
Binaya giriş sayı |
Mənzillərin otaqlarının sayı |
Mənzillərin sayı |
Mənzillərin daxili perimetr üzrə sahəsi |
Mənzillərin xarici perimetr üzrə sahəsi |
Baş podratçı / ünvanı |
Tikinti-quraşdırma və təmir işlərinin başaçatma |
|
4 |
965.8 |
7 |
2 |
2 |
1 |
65.3 |
75.5 |
“Rabitə İnşaat” ASC, AZ1033, Bakı şəhəri, Nərimanov rayonu, |
17.10.2025 |
|
6 |
579.5 |
7 |
1 |
3 |
1 |
77.8 |
92.6 |
||
|
4 |
4 |
109.2 |
127.9 |
Satış şərtləri və qiymətlər:
Bu elan çərçivəsində mənzillərin satışı həm ipoteka
kreditindən istifadə etməklə, həm də öz vəsaiti
hesabına ödəniş üsulu ilə nəzərdə tutulmuşdur.
Qeyd: “Azərbaycan Respublikasının
Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri
vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın 5.6-cı bəndinə
əsasən mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş
üsulunu yalnız ilkin razılıq qərarını alaraq elektron kabinetində
yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər.
Lənkəran Yaşayış Kompleksi üzrə:
4 otaqlı mənzilin qiyməti – 108 870 manatdır.
Şirvan Yaşayış Kompleksi üzrə:
2 otaqlı mənzillərin qiyməti – 54 815 manat,
3 otaqlı mənzillərin qiyməti – 69 160 manatdan başlayır,
4 otaqlı mənzillərin qiyməti – 93 765 manatdan başlayır.
Yevlax Yaşayış Kompleksi üzrə:
2 otaqlı mənzilin qiyməti – 62 035 manat,
3 otaqlı mənzilin qiyməti – 73 910 manat,
4 otaqlı mənzillərin qiyməti – 103 740 manatdır.
Qeyd: Mənzillərin satış qiymətinə ƏDV
daxildir.
Vətəndaş mənzili Azərbaycan Respublikasının İpoteka və Kredit
Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına
aldıqda:
Lənkəran Yaşayış Kompleksi üzrə:
|
İllik faiz dərəcəsi |
Müddət |
Aylıq ödəniş* |
|
4 otaqlı |
||
|
4% |
3-30 il |
468 manat |
|
* Aylıq ödəniş – mənzil minimal ilkin ödəniş edilərək, 4% |
||
Şirvan Yaşayış Kompleksi üzrə:
|
İllik faiz dərəcəsi |
Müddət |
Aylıq ödəniş* |
||
|
2 otaqlı |
3 otaqlı |
4 otaqlı |
||
|
4% |
3-30 il |
236 manat |
297 – 313 manat |
403 – 468 manat |
|
* Aylıq ödəniş – mənzil minimal ilkin ödəniş edilərək, 4% |
||||
Yevlax Yaşayış Kompleksi üzrə:
|
İllik faiz dərəcəsi |
Müddət |
Aylıq ödəniş* |
||
|
2 otaqlı |
3 otaqlı |
4 otaqlı |
||
|
4% |
3-30 il |
267 manat |
318 manat |
446 manat |
|
* Aylıq ödəniş – mənzil minimal ilkin ödəniş edilərək, 4% |
||||
Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin
rəsmi internet səhifəsinə (https://mida.gov.az/layiheler)
daxil olaraq Şirvan, Yevlax və Lənkəran Yaşayış
Komplekslərində satışa çıxarılan hər bir mənzilin (və
otaqlarının) dəqiq ölçüsü, qiyməti və agent banklar
haqqında məlumatla tanış olmaq mümkündür.
Güzəştlə mənzil əldə etmək hüququ olan şəxslər mənzili güzəştlə
əldə etmək üçün ərizənin təqdim olunması qaydası, gözləmə
qaydasında mənzillərin seçimi və mənzillərin satış şərtləri,
agent banklar barədə
ətraflı məlumatla www.mida.gov.az
internet səhifəsində və ya Bakı şəhərində yerləşən 5 saylı “ASAN
xidmət” mərkəzinə, habelə “108” çağrı mərkəzinə müraciət edərək
tanış ola bilərlər.
Qeyd: “Güzəştli mənzil” sisteminin
istifadəçiləri satış modulundan istifadəyə dair və gözləmə
qaydasında mənzil seçiminə dair təlimatlar ilə öz elektron
kabinetlərinin müvafiq bölmələrində və ya www.mida.gov.az
internet saytının ana səhifəsində “Güzəştli mənzil sistemi”
keçidi vasitəsilə tanış ola bilərlər.

