
Bakı.Trend:
UFC turnirlərində çıxışları ilə tanınan Braziliyalı MMA
döyüşçüsü Allan Nasimento 34 yaşında vəfat edib.
Bu barədə UFC-nin rəsmi “Instagram” hesabında məlumat
verilib.
Bildirilib ki, idmançı səhər saatlarında ölü vəziyyətdə
aşkarlanıb.
“Məlumata görə, o, yuxuda olarkən ürək tutması keçirib”, –
məlumatda qeyd olunub.
Hadisə yerinə gələn həkimlər Allan Nasimentoya yardım göstərməyə
çalışsalar da, onların səyləri nəticə verməyib və idmançının öldüyü
təsdiqlənib.
Yüngül çəki dərəcəsində çıxış edən Nasimentonun MMA karyerasında
22 qələbə və 7 məğlubiyyət qeydə alınıb. O, UFC turnirlərində
keçirdiyi 6 döyüşün 4-də qalib gəlib, 2-də isə məğlub olub.

