İsmayıllıda 10 ton çətənə kolu məhv edilib

Baş səhifə

İsmayıllıda 10 tondan artıq çətənə kolu məhv edilib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Xanagah kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Ümumi çəkisi 10 ton 135 kiloqram olan 5126 ədəd çətənə kolu məhv edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir