
Bakı. Trend:
Nurlan Hacıyev Ordubad Rayon İcra Hakimiyyətinin başçısı təyin
edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sənədin
mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc
edilib.
Sərəncama əsasən, Nurlan Rauf oğlu Hacıyev Naxçıvan Muxtar
Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı təyin
edilib.
Prezident İlham Əliyevin imzaladığı digər Sərəcamla Rəcəb Zakir oğlu Rəhimli Naxçıvan Muxtar
Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən
azad edilib.

