Koreyada anomal istilər – Ölənlərin sayı artır

Baş səhifə

Bakı.Trend:

Cənubi Koreyada mayın ortalarından bəri baş vermiş anomal
istilərlə əlaqədar azı 16 nəfər həyatını itirib.

Bu barədə Koreyanın Daxili İşlər Nazirliyinin Fövqəladə
Vəziyyətlər və Təhlükəsizlik üzrə Mərkəzi Qərargahının hesabatında
deyilir.

Mayın 15-dən avqustun 3-ə qədər olan müddət ərzində istilik
dalğası ilə əlaqədar sağlamlı problemləri ilə xəstəxanalara 2025
nəfər müraciət edib.




Avqustun 2-də ölkənin cənub-şərqində yerləşən Yansan şəhərində
havanın temperaturu 42,5 dərəcəyədək yüksəlib. Bu 1904-cü ildən
aparılan meteoroloji müşahidələrin aparılmağa başladığı vaxtdan
bəri rekord göstərici hesab olunur. Yüksək temperaturla əlaqədar
hakimiyyət orqanları vətəndaşlara açıq havada fiziki fəaliyyətdən
çəkinməyi tövsiyə edir.

“Çoson İlbo” qəzetinin yazdığına görə, avqustun 3-də termal
kameralarla təchiz olunmuş pilotsuz uçuş aparatları Kyonqido
əyalətində tarlalarda çalışan fermerlərə yaxınlaşaraq onlardan işi
dayandırmağı tələb edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir