
Bakı.Trend:
İspaniyanın muxtar Seuta şəhərinə kütləvi miqrant axını zamanı
azı 75 nəfər həlak olub.
Bu barədə “El Pais” qəzeti məlumat yayıb.
Bundan əvvəl ölkə hakimiyyəti 72 nəfərin öldüyünü
bildirmişdi.
İyulun sonunda on minlərlə qeyri-qanuni miqrant üzərək, eləcə də
şəhəri Mərakeşdən ayıran dalğaqıranı piyada keçərək muxtar şəhərə
daxil olmağa nail olub.
Böhran fonunda İspaniya hakimiyyəti şəhərdə təhlükəsizliyin
təmin edilməsinə kömək etmək üçün hərbçiləri cəlb etmək qərarına
gəlib.
Bildirilir ki, miqrantların böyük əksəriyyəti artıq Mərakeşə
geri qayıdıb.

