
Bakı. Trend:
ABŞ yaxın iki gün ərzində İranla, o cümlədən Hörmüz boğazında
gəmiçiliyin normallaşdırılmasına imkan verəcək saziş imzalaya
bilər
CNBC telekanalının məlumatına görə, sazişin mümkünlüyü barədə
Bİrləşmiş Ştatların Maliyyə naziri Skott Bessent danışıb.
ABŞ-nin Maliyyə nazirinin sözlərinə görə, saziş Hörmüz
boğazından sərbəst gəmiçiliyi nəzərdə tutacaq.
“Biz iranlılarla danışıqlar aparırıq və bu gün və ya sabah
Hörmüz boğazını açmaq, həmçinin bu münaqişədə vəziyyətin daha da
normallaşmasına doğru irəliləmək məqsədilə saziş bağlamaq ehtimalı
var”, – deyə o, CNBC telekanalının efirində bildirib.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik
iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və
Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq,
Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə
İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ
Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını
bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər,
Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr
endirməyə başlayıb.

