Nyu-York metrosunda yanğın – 10-dan çox zərərçəkən var

Baş səhifə

Bakı.Trend:

ABŞ-nin Nyu-York şəhərində metroda gecə saatlarında texniki
qatarda baş vermiş yanğın nəticəsində 12 nəfər zərər çəkib.

Bu barədə ABC telekanalı məlumat yayıb.




Bildirilib ki, yanğın nəticəsində İst-Villicdə yerləşən “Astor
Place” stansiyası güclü tüstüyə bürünüb və bununla əlaqədar
qatarların hərəkəti dayandırılıb. Nyu-York Yanğınsöndürmə
Departamentinin rəis müavini Tom Kurraonun sözlərinə görə,
zərərçəkənlər arasında Nəqliyyat İdarəsinin yeddi əməkdaşı və beş
yanğınsöndürən var. Onların hamısı tüstüdən zəhərlənib.

Telekanalın məlumatına görə, nəqliyyat xidmətləri səhər
saatlarınadək relsləri təmizləyərək qatarların hərəkətini bərpa
etməyi planlaşdırırdı.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir