İş vaxtından sonra əməkdaşlarla zəng etmək qadağan edilir

Baş səhifə

Ukraynada qəbul edilən yeni Əmək Məcəlləsinə əsasən, işəgötürənlər iş vaxtından kənarda əməkdaşlara zəng edə, mesaj yaza və ya onlarla əlaqə saxlaya bilməyəcəklər.

Modern.az xəbər verir ki, bu barədə Ali Radanın Sosial Siyasət Komitəsinin sədri Halina Tretyakova məlumat verib.

Onun sözlərinə görə, yeni qaydalar işçilərin istirahət hüququnun qorunmasına yönəlib. Belə ki, həftəsonları və iş saatlarından sonra işəgötürənlərin əməkdaşlarla əlaqə saxlaması qanunla qadağan ediləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir