Səudiyyə Ərəbistanı husilərlə gizli danışıqlara başladı

Baş səhifə

Səudiyyə Ərəbistanı neft sənayesini və iqtisadiyyatını qorumaq məqsədilə Yəməndəki husi hərəkatı (“Ənsar Allah”) ilə yenidən alovlanan münaqişənin genişlənməsinin qarşısını almağa çalışır.

Modern.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Məlumata görə, Ər-Riyad Omanın vasitəçiliyi ilə husilərlə dolayı danışıqlar aparır. Bununla yanaşı, diplomatik səylərin nəticə verməyəcəyi təqdirdə mümkün hərbi ssenarilər də nəzərdən keçirilir.

Nəşrin yazdığına görə, ABŞ rəsmiləri qapalı görüşlərdə Səudiyyə Ərəbistanını genişmiqyaslı hərbi əməliyyatlardan çəkinməyə çağırıblar. Onlar xəbərdarlıq ediblər ki, Səudiyyə Ərəbistanı ilə husilər arasında münaqişənin böyüməsi qlobal gəmiçiliyə və enerji bazarlarına daha ciddi təsir göstərə, hətta Bab əl-Məndəb boğazının tam bağlanmasına səbəb ola bilər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir