Mingəçevirdə yeniyetmə kanalda batıb

Baş səhifə

Mingəçevirdə 14 yaşlı yeniyetmə Qarabağ kanalında batıb.

Modern.az xəbər verir ki, hadisə Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Mingəçevir şəhər sakini Nicat Şərifzadə kanalda çimərkən batıb.

Hazırda yeniyetmənin axtarışları davam etdirilir. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. (Apa)

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir