
“Google Chrome” Azərbaycanda ən çox istifadə edilən brauzer olaraq qalır.
Metbuat.az xəbər verir ki, “Global Stats”ın məlumatına əsasən, iyul ayında brauzerin ölkə bazarındakı payı 80,7 faiz təşkil edib. Bu göstərici əvvəlki ayla müqayisədə 0,42 faiz bəndi azalıb.“Safari”nin bazar payı 7,1 faiz, “Firefox”un payı 4,71 faiz, “Samsung Internet”in payı isə 4,66 faiz olub.
Digər brauzerlərdən “Microsoft Edge” 1,33 faiz, “Opera” 0,99 faiz, “Brave” isə 0,14 faiz bazar payına sahib olub.
“Google Chrome” qlobal brauzer bazarında da 68,28 faiz göstərici ilə lider mövqedədir. Qeyd edək ki, 2026-cı ilin sentyabrından etibarən “Chrome”un yeni versiyalarının iki həftədən bir təqdim olunması planlaşdırılır.

