
Füzuli. Trend:
Füzuli rayonunda açıq ərazidə güclü yanğın qeydə alınıb.
Trend-in Qarabağ
bürosunun məlumatına görə, hadisə rayonun Mollaməhərrəmli kəndi
ərazisində, Araz çayı boyunca yerləşən açıq sahədə baş verib.
Yanğın nəticəsində alov geniş əraziyə yayılıb.
Hazırda Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri
tərəfindən yanğının lokallaşdırılması və söndürülməsi istiqamətində
tədbirlər görülür.
Yanğının başvermə səbəbi və əhatə etdiyi ərazinin dəqiq həcmi
araşdırılır.

