
Bakı. Trend:
Avstriyada havanın temperaturu bir gün ərzində 40,8 dərəcədən 41
dərəcəyə yüksələrək meteoroloji müşahidələr tarixində rekord
göstəriciyə çatıb.
Bu barədə “Der Standard” qəzeti “Geosphere Austria” meteoroloji
xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, ən yüksək səviyyəli istilik xəbərdarlığı Vyana
şəhərində və Aşağı Avstriya federal əyalətinin şərq hissəsində
qüvvədə qalır.

