
Bakı. Trend:
“SpaceX” şirkəti gələcəkdə “Starship” kosmik sistemi vasitəsilə
hər il orbitə 10 milyon tona qədər yük çatdırmağı hədəfləyir.
Bu barədə şirkətin rəhbəri İlon Mask rüblük maliyyə hesabatının
açıqlanmasından sonra keçirilən audiokonfransda bildirib.
Onun sözlərinə görə, hazırda “Falcon” daşıyıcı raketi vasitəsilə
ildə təxminən 2,5 min ton yük orbitə çıxarılır. Bu göstərici ilə “SpaceX” Yer orbitinə göndərilən ümumi yüklərin 80–90 faizini
həyata keçirir.
İ.Mask qeyd edib ki, şirkət Starship sisteminin istismara
verilməsi ilə əvvəlcə ildə 1 milyon tondan çox, perspektivdə isə 10
milyon tona qədər yükü orbitə çatdırmağı planlaşdırır.

