
Bakı. Trend:
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin
artırılması, həmçinin artan yük tələbatının qarşılanması məqsədilə
avqustun 5-də paytaxtda Transformator Məntəqəsində (TM), Ağdaşda 10
kV-luq hava xətlərində təmir işləri aparılacaq.
Bununla bağlı “Azərişıq” ASC-dən məlumat verilib.
Bildirilib ki, planlı fasilə saat 10:00-dan 13:00-dək Ağdaş
Elektrik Şəbəkəsinin (EŞ) ərazisində Aşağı Ağcayazı, Yuxarı
Ağcayazı, Dəhnə kəndləri, Türyançay qəsəbəsi, eləcə də şəhər
ərazisində 42-ci məhəlləni, saat 10:00-dan 14:00-dək Qoşaqovaq,
Qolqəti, Şəkili kəndlərini əhatə edəcək.
Həmçinin bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı
İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən Cəfər Cabbarlı,
Zivər bəy Əhmədbəyov, Məhəmməd Naxçıvani küçələrinin bir hissəsində
elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Nərimanov RETSİ-nə daxil olan Böyükşor qəsəbəsinin bəzi
əraziləri saat 09:00-dan 13:00-dək gərginliksiz qalacaq.
Görülən işlər yekunlaşdıqdan sonra adıçəkilən ərazilərdə
abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə
təmin olunacaqlar.

