
Bakı. Trend:
Pentaqonun əsas sursat ehtiyatları təhlükəli dərəcədə aşağı
səviyyəyə düşüb. ABŞ hərbi komandirləri arsenalın vəziyyətindən
ciddi narahatdırlar.
Bu barədə “CNN” telekanalı mənbələrinə istinadla məlumat
yayıb.
Telekanalın məlumatına görə, hava hücumundan müdafiə vasitələri
ehtiyatlarının tükənməsinin əsas səbəbi İranla müharibə olub.
Mənbələrin bildirdiyinə görə, ABŞ müharibədən əvvəlki səviyyə ilə
müqayisədə THAAD raketləri ehtiyatlarının təxminən 80 faizini,
həmçinin “Patriot” raketləri ehtiyatlarının təxminən yarısını
istifadə edib.
CNN qeyd edir ki, sursat çatışmazlığı məsələsi ABŞ Prezidenti
Donald Trampın ötən həftə İrana qarşı yeni zərbələr endirməkdən
imtina etmək qərarından əvvəl də gündəmə gəlib.

