
Bakı. Trend:
Məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi bu
gündən müvəqqəti dayandırılıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına
görə, avqustun 5-dən etibarən 2026-2027-ci tədris ili üzrə
məktəbəqədər təhsil müəssisələrində qrupların komplektləşdirilməsi
məqsədilə yeni növbələrin yaradılması prosesi müvəqqəti olaraq
dayandırılıb.
Qrupların komplektləşdirilməsi başa çatdıqdan sonra boş qalan
yerlər üzrə qəbul il ərzində davam etdiriləcək.
Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi “mygov” portalı vasitəsilə elektron qaydada həyata keçirilir.

