
Bakı.Trend:
İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubundakı Sərbin
kəndində onlarla metr uzunluğunda olan yeraltı tuneli məhv etdiyini
bildirib.
Ordunun iddiasına görə, həmin tuneldən “Hizbullah” tərəfindən
hərbçilərə qarşı hücumların hazırlanması və həyata keçirilməsi
məqsədilə istifadə olunub.
Həmçinin bildirilib ki, son günlər Livanın cənubunda əməliyyat
aparan hərbçilər “Hizbullah”a məxsus buraxılış qurğuları və
raketlərin saxlanıldığı silah anbarı aşkar ediblər.
Bundan əlavə, İsrail hərbçilərinin müxtəlif növ onlarla silah, o
cümlədən “Kalaşnikov” avtomatları, tank əleyhinə raketlər və digər
döyüş sursatı və avadanlıqları aşkar etdiyi qeyd olunub.

