FIFA-ya qadın rəhbərlik edə bilər

Baş səhifə

Bakı.Trend:

Beynəlxalq Futbol Federasiyasının (FIFA sabiq prezidenti Yozef
Blatter sosial şəbəkə hesablarında futbol qurumunun başına Canni
İnfantinonun əvəzinə Norveçli Liza Klavenessin gətirilməsini təklif
edib.

Sabir prezident bu barədə sosial şəbəkə hesabında yazıb.

“Liza Klaveness ən yüksək hörmətə layiqdir. O, hər zaman aydın
mövqe nümayiş etdirən və heç vaxt axına qoşulmayan yeganə şəxs
olub. FIFA-ya artıq qadının rəhbərlik etməsinin vaxtı çatıb”, –
deyə Blatter sosial şəbəkə hesabında yazıb.




45 yaşlı Klaveness Norveç milli komandasının sabiq
futbolçusudur. O, 2022-ci ildə Norveç Futbol Assosiasiyasının (NFF)
prezidenti seçilib.

İyulun 28-də yayılan məlumata görə, İnfantino turnirin idarə
olunması üçün ayrıca şirkətin yaradılması və onun səhmlərinin
təxminən 20-30 faizinin investorlara satılması imkanını nəzərdən
keçirir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir