Sumqayıtda xüsusi növ faneralar istehsal ediləcək

Baş səhifə

Bakı. Trend:

Sumqayıt Sənaye Parkının yeni rezidenti tərəfindən xüsusi növ
faneraların istehsalı layihəsi həyata keçiriləcək.

Bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi
Zonaların İnkişafı Agentliyi məlumat yayıb.

Belə ki, “Samvud Group” MMC-yə agentliyin idarəçiliyində olan
Sumqayıt Sənaye Parkının rezidenti statusu verilib.

İnvestisiya dəyəri 8,2 milyon manat olan xüsusi növ faneraların
istehsalı layihəsi çərçivəsində 100-dən çox iş yerinin yaradılması
nəzərdə tutulur.




Sumqayıt Sənaye Parkı Azərbaycan Respublikası Prezidenti İlham
Əliyevin 21 dekabr 2011-ci il tarixli 548 nömrəli Fərmanı ilə
yaradılıb. Parkın yaradılmasında əsas məqsəd ölkədə innovativ və
yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye
istehsalının inkişafı üçün əlverişli şərait formalaşdırmaq,
sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun dayanıqlı
inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu
artırmaqdır.

Hazırda Sumqayıt Sənaye Parkının ümumi ərazisi 640 hektar təşkil
edir. Parkda həyata keçirilən layihələr üzrə ümumi investisiya
həcmi 3,94 milyard ABŞ dollarına çatır və burada 6 134 daimi iş
yerinin yaradılması nəzərdə tutulub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir